Perqam muzeyi

Perqam muzeyi
Xəritə
Əsası qoyulub 1910
Açılış tarixi 1930
Mövzu arxeologiya, incəsənət
Ölkə
Yerləşir Bezirk mitte
Ünvan Pergamonmuseum, 10117 Berlin, Almaniya
Ziyarətçi sayı 1.135.000 (2007)
Bilet 12 €[2], 6 €[2]
52°31′16″ şm. e. 13°23′46″ ş. u.
smb.museum/museen-einric…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İştar darvazasından bir təsvir

Perqam muzeyi (alm. Pergamonmuseum‎) — Berlindəki Muzeylər adasındakı beş muzeydən biri. Muzey Alfred Messel tərəfindən tərtib edilmiş və Lüdviq Hoffmanın rəhbərliyi altındakı inşaat 1910-cu ildə başlamış, 20 il sonra, 1930-cu ildə tamamlanmışdı.

Perqam altarı, Miletin bazar qapısı, İştar darvazası və bu tikililərə aid əsərlər, həqiqi yerlərindən toplanaraq, Perqam muzeyində yenidən birləşdirilmiş, muzeyin adını bütün dünyada məşhurlaşdırmışdı. Sərgilənən digər əsərlər bunlardır; Afina Perqam məbədinin girişi, Perqamdan Afina heykəli, Hələb otağıdır[3]. Bundan əlavə, türk çinilərindən nümunələrdə (İznik saxsısı) vardır.

Xüsusilə BerqamaMiletdən alınan əsərlər ilə yaradılan kolleksiyanın Almaniyaya qanuni olaraq gətirilib-gətirilməməsi ilə bağlı müzakirələr aparılır[4]. Türkiyə hökuməti, bu əsərlərin çoxunun Türkiyədə yarandığı üçün, kolleksiyanın qaytarılması mövzusunda Almaniya hökumətinə müraciət etmişdir.

Muzeyi ildə təxminən 850,000 nəfər ziyarət edir. 2007-ci ildə 1.135,000 insan tərəfindən ziyarət edildi və Almaniyanın ən çox ziyarət edilən sənət muzeyi oldu.

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. 1 2 Tickets & Admission (ing.).
  3. "Discover İslamic Art". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-10.
  4. "Bergama". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-11.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search